...

“Novosti-Azərbaycan” agentliyinin direktoru “Rossotrudniçestvo”nun fəxri nişanı ilə təltif edilib

Cəmiyyət Materials 11 Noyabr 2016 13:49 (UTC +04:00)
“Novosti-Azərbaycan” agentliyinin direktoru Gülnarə Məmmədzadə Rusiyada mükafata layiq görülüb.
“Novosti-Azərbaycan” agentliyinin direktoru “Rossotrudniçestvo”nun fəxri nişanı ilə təltif edilib

Bakı. Trend:

“Novosti-Azərbaycan” agentliyinin direktoru Gülnarə Məmmədzadə Rusiyada mükafata layiq görülüb.

Trend-in məlumatına görə, noyabrın 9-da Moskvada xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) təşkilatçılığı ilə “MDB-nin 25 illiyi: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf” mövzusunda Açıq Beynəlxalq Forum öz işinə başlayıb. Forumda MDB-nin 25 illik yubileyi münasibətilə mükafatlar təqdim olunub.

Forumun işində iştirak edən G.Məmmədzadə Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafına töhfəsinə görə “Rossotrudniçestvo”nun fəxri nişanı ilə təltif edilib.

G.Məmmədzadə forum çərçivəsində bildirib: "10 il qabaq “Novosti-Azərbaycan” və "RİA Novosti" agentliklərinin layihəsi ilk birgə media meydançası oldu. Bu gün artıq Avrasiya səviyyəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük bazamız var".

Qeyd edək ki, media aləmində öz yeri olan “Novosti-Azərbaycan” agentliyinin bu il 10 yaşı tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti