...

2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri qəbul edilib

Cəmiyyət Materials 29 Noyabr 2016 18:54 (UTC +04:00)

Bakı. Trend:

Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, sədr müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. İcraçı direktor Şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.

Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-lərin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti