...

Qrant müsabiqəsi ilə bağlı QHT-lərə məlumatlandırma sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2016 19:29 (UTC +04:00)
QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.
Qrant müsabiqəsi ilə bağlı QHT-lərə məlumatlandırma sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.

Qurumdan Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək müsabiqə mövzuları, qaydaları, şərtləri müraciət forması və layihə qəbulu üzrə elektron proqram təminatı haqqında ətraflı məlumat verib.

Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti