...

Komitə sədri: Əfsuslar olsun ki, təhsildən yayınan uşaqlar var

Cəmiyyət Materials 23 Dekabr 2016 11:35 (UTC +04:00)
"Əfsuslar olsun ki, uğurlarımızla yanaşı, hələ də erkən yaşda nikaha məcbur edilən qızlar, valideynləri ilə bəzi problemləri olan, təhsildən yayınan uşaqlar var və bu, bizi narahat edir".
Komitə sədri: Əfsuslar olsun ki, təhsildən yayınan uşaqlar var

Bakı. İlhamə İsabalayeva - Trend:

"Əfsuslar olsun ki, uğurlarımızla yanaşı, hələ də erkən yaşda nikaha məcbur edilən qızlar, valideynləri ilə bəzi problemləri olan, təhsildən yayınan uşaqlar var və bu, bizi narahat edir".

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Uşaq hüquqları: inkişaf və perspektivlər" adlı tədbirdə çıxış edərkən deyib.

Komitə sədrinin sözlərinə görə, belə xoşagəlməz halların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə işləri daha da gücləndirilməlidir. Bu işlər xüsusilə uşaqların fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsi, onların aktiv iştirakının təmin edilməsi sahəsi üzrə aparılmalıdır:

"Biz çox istərdik ki, uşaqlar sosial həyatda daha fəal iştirak etsinlər, həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, ehtiyacı olan uşaqlara kömək etsinlər. Təsadüfi deyil ki, dövlət başçısının sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyasında və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində uşaqların daha firavan gələcəyi üçün mühüm məsələlər nəzərdə tutulub. Ona görə ki, uşaqlar bu ölkənin gələcəyidir və onu idarə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti