...

BANM-də layihə iştirakçıları mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 12 Yanvar 2017 10:39 (UTC +04:00)
BANM-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib.
BANM-də layihə iştirakçıları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov fəxri qonaq qismində iştirak etdilər.

BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib. Rektor Elmar Qasımov Fondun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür etdi. Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsinin dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət etdiyini bildirib. Rektor BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini bildirdi. Elmar Qasımov bütün bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğulayıb.

"Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verib. O, bildirib ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildiriblər. Belə layihələrin davamlı olacağına inandıqlarını bildiriblər.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti