...

Dövlət Komitəsi: Ölkədə erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur

Cəmiyyət Materials 8 Fevral 2017 12:56 (UTC +04:00)
Azərbaycanda erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur.
Dövlət Komitəsi: Ölkədə erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında deyib.

S.Qəhrəmanova bildirib ki, ergən nikah halları xüsusən kəndlərdə baş verir.

S.Qəhrəmanova qeyd edib ki, Dövlət Komitəsi bu halların qarşısının alınması istiqamətində daim tədbirlər həyata keçirir.

Komitə sədrinin müavini vurğulayıb ki, hüquq-mühafizə orqanları ilə birgə digər icra strukturları da erkən nikahların qarşısının alınmasında, bununla bağlı qanunvericiliyi pozan insanların cəzasını almasında iştirak etməlidirlər: “Bu istiqamətdə yerli icra nümayəndələri, bələdiyyələr və əhali ilə işləri gücləndirmək, maarifləndirmə tədbirlərini artırmaq bizim qarşımızda duran vəzifələrdən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti