...

BDU-da beynəlxalq elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 19 Aprel 2017 12:12 (UTC +04:00)
Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
BDU-da beynəlxalq elmi konfrans keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, 20-22 aprel 2017-ci il tarixində Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri də iştirak edəcəklər.

Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Bioloji və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində çıxışlarla yanaşı stend məruzələr də keçiriləcək.

Konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması barədə müzakirələr aparılıb və ilkin razılaşma əldə edilib.

Konfransın plenar iclası 20 aprel 2017-ci il tarixində saat 10.30-da BDU-nun yeni korpusunun Akt zalında başlayacaq. Plenar iclasda ayrı-ayrı ölkələrdən gələn nümayəndələrin təbrik çıxışları və ümumiləşdirici elmi məruzələr dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti