...

Saatlıda zəlzələ olub (YENİLƏNİB)

Cəmiyyət Materials 11 May 2017 09:45 (UTC +04:00)
Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb
Saatlıda zəlzələ olub (YENİLƏNİB)

Bakı. Trend:

Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:24:19-da qeydə alınıb.

Maqnitudası 5.3, dərinliyi 48 km olan zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti