...

Azad Rəhimov: Sudan, Liviya və Küveyt İslamiadada iştirak etməyəcək (YENİLƏNİB)

Cəmiyyət Materials 11 May 2017 13:45 (UTC +04:00)
Sabah Bakı möhtəşəm böyük bir tədbirə ev sahibliyi edəcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək.
Azad Rəhimov: Sudan, Liviya və Küveyt İslamiadada iştirak etməyəcək (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Sabah Bakı möhtəşəm böyük bir tədbirə ev sahibliyi edəcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O deyib ki, bu oyunların məhz Bakıda keçirilməsindən qürur hissi duyuruq: "İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz. İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq".

A.Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ilə bağlı iclaslarda 57 islam ölkəsinin nümayəndələri iştirak ediblər: "Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir".

O həmçinin deyib: "Bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik. Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".

Nazir vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çoxlu sayda nüfuzlu beynəlxalq idman federasiyalarının prezidentləri, nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti