...

Bakı-2017: Futbol üzrə millimiz qrupda liderliyə yüksəlib (FOTO)

Cəmiyyət Materials 11 May 2017 22:41 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir
Bakı-2017: Futbol üzrə millimiz qrupda liderliyə yüksəlib (FOTO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir.

Trend-in məlumatına görə, II turda A qrupunda yer alan Azərbaycan və Səudiyyə Ərəbistan milliləri qarşılaşıblar.

"Bayıl Arena"da gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyun Azərbaycan futbolçularının qələbəsi ilə başa çatıb - 2:0.

Bununla Azərbaycan aktivinə 4 xal yazdıraraq qrupda liderliyi ələ keçirib.

.

Xatırladaq ki, birinci turda Azərbaycan və Kamerun arasında keçırılən oyunda tərəflər meydandan sülhlə ayrılıb - 0:0.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti