...

Masallıda güclü küləyin aşırdığı bayraq dirəyi yenisi ilə əvəzləndi

Cəmiyyət Materials 18 May 2017 15:41 (UTC +04:00)
Bir ay əvvəl Masallı rayonunda baş vermiş güclü külək nəticəsində Bayraq Meydanında aşan bayraq dirəyi yenisi ilə əvəzlənib
Masallıda güclü küləyin aşırdığı bayraq dirəyi yenisi ilə əvəzləndi

Bakı. Samir Əli - Trend:

Bir ay əvvəl Masallı rayonunda baş vermiş güclü külək nəticəsində Bayraq Meydanında aşan bayraq dirəyi yenisi ilə əvəzlənib.

Bu barədə Trend-ə açıqlamasında Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nasir Muxtarlı bildirib:

O bildirib ki, yeni bayraq dirəyi Türkiyədən gətirilib: "Hadisədən sonra bayraq dirəyini hazırlayan şirkət əraziyə baxış keçirdi və yeni bayraq dirəyi sifariş verdi. Artıq dirək gətirilib və Bayraq Meydanındadır. Şirkətin mütəxəssisləri hazırda dirəyin quraşdırılması ilə məşğuldurlar. Sabah yeni bayraq dirəyinin quraşdırılması başa çatdırılacaq".

Qeyd edək ki, aprelin 19-da baş vermiş güclü külək nəticəsində Masallı rayonunda Bayraq Meydanındakı dirək zədələnərək aşmışdı. Hadisə nəticəsində xəsarət alan olmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti