...

Bakı metrosunda məktəblilər üçün aksiya (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2017 19:51 (UTC +04:00)
Bu gün Bilik Günü münasibəti ilə Bakı metropolitenində paytaxtın təhsil ocaqlarının yaxınlığında yerləşən metro stansiyaların vestibüllərində balaca məktəblilərlə görüşüb.
Bakı metrosunda məktəblilər üçün aksiya (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

15 sentyabr - Bilik Günü münasibəti ilə paytaxtın təhsil ocaqlarının yaxınlığında yerləşən metro stansiyalarının vestibüllərində balaca məktəblilərlə görüş keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, sosial layihənin məqsədi metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.

Bakı metropoliteninin istifadəyə verilməsinin 50-ci ilində azyaşlı sərnişinləri bayram töhfəsi ilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər metropoliten əməkdaşları sevindiriblər.

"28 May" stansiyasının əsas vestibülündən başlayan tədbir daha sonra digər stansiyalarda davam edib. Bilik Günü münasibəti ilə təşkil olunan sosial layihə məktəblilərlə yanaşı, sərnişinlərin də ovqatını yüksəldən hal kimi qarşılanıb.

Bayram tədbiri daha çox bu il birinci sinifə gedən və ibtidai sinif şagirdlərinin ürəyincə olub. Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagirdlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti