...

Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Cəmiyyət Materials 15 Noyabr 2017 08:01 (UTC +04:00)
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.
Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Bakı. Elçin Mehdiyev - Trend:

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.

Bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 83 567 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti