...

AMEA əməkdaşları üçün yeni yaşayış binasının tikintisinə başlanılıb

Cəmiyyət Materials 18 Dekabr 2017 17:43 (UTC +04:00)
Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.
AMEA əməkdaşları üçün yeni yaşayış binasının tikintisinə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu layihənin rəhbəri Elçin Orucov deyib.

“AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək “Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir”, – deyə bildirən layihə rəhbəri kompleksin həyəti və ətrafında böyük parkların salınacağını da vurğulayıb. Qeyd edib ki, 1,2,3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

O qeyd edib ki, bu gün “Science City” yaşayış kompleksində qazıntı işlərinə start verilib. Mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti