...

Builki IX siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB

Cəmiyyət Materials 12 Yanvar 2018 16:47 (UTC +04:00)
2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək.
Builki IX siniflərin buraxılış imtahanında dəyişiklik gözlənilir? - RƏSMİ CAVAB

Bakı. İlhamə İsabalayeva - Trend:

2017/2018-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək.

Trend-in məlumatına görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, hazırda IX sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.

Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib:

"Modelə əsasən buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti