...

Azərbaycanda əhalinin sayı açıqlandı - 9 890 712

Cəmiyyət Materials 17 Yanvar 2018 14:53 (UTC +04:00)
İlin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb.
Azərbaycanda əhalinin sayı açıqlandı - 9 890 712

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti