...

Azərbaycanda bu sahədə də artım var

Cəmiyyət Materials 23 Fevral 2018 21:08 (UTC +04:00)
2018-ci ilin yanvarında Azərbaycanda tikinti materiallarını istehsalı ilə məşğul olan şirkətlər 31,5 milyon manat həcmində məhsul istehsal edib
Azərbaycanda bu sahədə də artım var

Bakı. Trend:

2018-ci ilin yanvarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 31,5 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2017-cı ilin yanvar ayı ilə müqayisədə 22,2 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatda deyilir.

Qeyd olunur ki, ötən ay Azərbaycanda 173,8 min ton sement (2017-cı ilin yanvar ayı ilə müqayisədə 28,2 faiz artım), 3,34 min ton tikinti əhəngi (33,1 faiz artım), 2,8 min ton asfalt (8,2 faiz artım), 22,7 min kubmetr kərpic (2,4 dəfə artım), 78 min ton hazır beton qarışığı (6 dəfə artım) istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti