...

Gürcüstanın baş naziri Azərbaycan xalqına başsağlığı verib: "Bu ağır dəqiqələrdə sizinləyik"

Cəmiyyət Materials 2 Mart 2018 23:07 (UTC +04:00)
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Gürcüstanın baş naziri Azərbaycan xalqına başsağlığı verib: "Bu ağır dəqiqələrdə sizinləyik"

Bakı. Trend:

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan hakimiyyətinin administrasiyasının saytında yerləşdirilən məlumatda bildirilir.

"Bakıda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verirəm. Həlak olanların ailələri, yaxınlarına, həmçinin Azərbaycan xalqı və hökumətinə acıyıram. Bu ağır dəqiqələrdə sizinləyik", deyə məlumatda bildirilir.

Qeyd edək ki, Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti