Martın 28-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, oxucular qəzetin yeni buraxılışında “OPEC 2018-ci ildə neft hasilatı proqnozlarını yenidən nəzərdən keçirdi”, “Bosniya və Herseqovinanın Azərbaycan investisiyaları üçün perspektivli sahələri var”, “Bakı "Yer saatı 2018" ekoloji kampaniyasına qoşulub”, “Qəmər Almaszadə - Azərbaycanın ilk balerinası” haqqında və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.