...

Binəqədidə "İlhamla İrəli!" möhtəşəm konsert proqramı baş tutub (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2018 13:18 (UTC +04:00)
Binəqədi sakinləri İlham Əliyevin bu parlaq qələbəsini Heydər Əliyev adına istirahət parkında "İlhamla İrəli!" möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
Binəqədidə "İlhamla İrəli!" möhtəşəm konsert proqramı baş tutub (FOTO)

Bakı. Trend:

Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının təşkilatçılğı ilə rayon sakinləri İlham Əliyevin bu parlaq qələbəsini Heydər Əliyev adına istirahət parkında "İlhamla İrəli!" möhtəşəm konsert proqramı ilə qeyd ediblər.

Trend-in məlumatına görə, nəticələr elan edildikdən sonra YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə qələbə tortu kəsilib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb. O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq.

Natiq İlham Əliyevin sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirdiyini qeyd edib. O, ölkə başçısının müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə etdiyini, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirdiyini bildirib. Tədbir tanınmış estrada ulduzlarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Tədbirin sonunda üzərində “İlhamla İrəli” şüarı əks olunmuş maşın və motosikletlərdən ibarət yürüş və atəşfəşanlıq baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti