...

Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında son yarış günü başladı (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2018 12:11 (UTC +04:00)
Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib.
Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında son yarış günü başladı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib.

Trend-in məlumatına görə, turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti