...

Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2018 11:39 (UTC +04:00)
Binəqədi rayon icra hakimiyyətinin və “Dünyagöz” Bakı Xəstəxanası Mobil klinikasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib.
Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi rayon icra hakimiyyətinin və “Dünyagöz” Bakı Xəstəxanası Mobil klinikasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib.

Rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, 19 aprel 2018-ci il tarixindən etibarən Binəqədi rayonu 9-cu mikrorayon ərazisində ödənişsiz göz müayinəsi səyyar xidməti təşkil olunub. Tibbi müayinənin məqsədi bəzən əlamətsiz keçən göz xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması, mövcud görmə çətinliklərinin araşdırılması, əhalinin görmə qabiliyyətinin qorunması və aztəminatlı ailələrə dəstək göstərilməsidir. Eyni zamanda, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinə həyata keçirilməsini təşkil etməkdir.

Aksiyanın Binəqədi rayonunun digər qəsəbə və mikrorayonlarında da keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti