...

Təhsil Nazirliyinin sektor müdiri dünyasını dəyişib

Cəmiyyət Materials 27 Aprel 2018 09:45 (UTC +04:00)
Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov dünyasını dəyişib.
Təhsil Nazirliyinin sektor müdiri dünyasını dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində yazıb.

O, S.Gözəlovun ağır xəstəlikdən sonra vəfat etdiyini bildirib:

" Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmış Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra vəfat etmişdir.

Allah rəhmət etsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti