...

DTX-nin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2018 13:25 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
DTX-nin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər (FOTO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsi yad edilib, məzarı önünə tər gül-çiçəklər düzülüb.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər gül dəstələri düzülüb. Ziyarətçilər Zərifə xanım Əliyevanın unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti