...

Azərbaycanda mobil operatorlar 4 ayda 281 milyon manat qazanıb

Cəmiyyət Materials 19 May 2018 15:08 (UTC +04:00)
2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib.
Azərbaycanda mobil operatorlar 4 ayda 281 milyon manat qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 71,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,3 faizi və ya 281 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti