...

Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

Cəmiyyət Materials 23 May 2018 18:51 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə rəsmi səfərdədir.
Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə rəsmi səfərdədir.

Komitədən Trend-ə verilən məlumata görə, rəsmi səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər nəzərdə tutulub.

Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq.

Komitə sədrinin səfəri mayın 26-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti