...

Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 26 May 2018 16:25 (UTC +04:00)
Bu gün Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib.
Gəncədə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, naliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Konfransı giriş sözü ilə açan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov oftalmologiya sahəsində baş verən yeniliklərdən danışıb.

Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Azərbaycan Respublikasının Gəncə – Qazax iqtisadi rayonunda fəaliyyət göstərən oftalmolojı yardım şəbəkəsi”, Gəncə şəhərinin baş oftalmoloqu Azər Məmmədov “Gəncə şəhərinin oftalmoloji şəbəkəsi” mövzularında məruzə ediblər. Daha sonra “Azərbaycanda “neft daşları” yataqlarında çalışan işçilərin görmə orqanının patologiyasının xüsusiyyətləri”, “Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında görmə üzvünün cərrahiyyəsində son innovasion vitreoretinal texnologiyaların tətbiqinin əhəmiyyəti, nəticələri” və s. mövzuları ətrafında məsələlər müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Eləcə də mərkəz pasientlərə regionlarda səyyar xidmət də göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti