...

Eko-Memarlıq layihəsinə start verilir

Cəmiyyət Materials 31 May 2018 20:41 (UTC +04:00)
Müsabiqə 18-35 yaşında gənc memarlar və tikinti şirkətlərinin memarları arasında keçirilir.
Eko-Memarlıq layihəsinə start verilir

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Gənc Memarlar və Tələbələr klubu və Bakı Ağ Şəhər layihəsinin birgə tərəfdaşlığı ilə “Eko memarlıq” layihəsinə start verilir.

Trend-in məlumatına görə, layihənin məqsədi memarlıq nümunələrinin layihələndirilməsi zamanı ekoloji amillərin nəzərə alınması, eko-memarlıq istiqamətinin respublikamızda inkişafı, gənc memarların innovativ ideya və bacarıqlarının aşkarlanmasıdır.

Müsabiqə 18-35 yaşında gənc memarlar və tikinti şirkətlərinin memarları arasında keçirilir. Müsabiqəyə komanda şəklində qoşulmaq mümkündür.

Təqdim olunacaq layihələr - tikinti planları ekoloji mühitə, ətraf mühitə ziyan vermədən, ekoloji təmizliyi tam dəstəkləyən və innovativ olmalıdır.

Təqdim olunacaq işlər elektron versiyada (PDF formatinda) göndərilməlidir.
Münsiflər heyəti tərəfindən müəyyən olunacaq qaliblər fəxi diplom və xüsüsi hədiyyələr ilə mükafatıandırılacaqlar.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://goo.gl/Y4wW5e

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti