...

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yazıçı Yunus Oğuzu mükafatlandırdı

Cəmiyyət Materials 12 İyun 2018 14:09 (UTC +04:00)
Yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yazıçı Yunus Oğuzu mükafatlandırdı

Bakı. Trend:

Yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, fəxri fərmanda qeyd olunur ki, iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsi, özbək tarixinin, ədəbiyyatının fəal təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfələrinə görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətin fəxri fərmanı ilə təltif olunur.

Bununla əlaqədar Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Mədəniyyət Mərkəzinə məktub ünvanlayıb.

Qeyd edək ki, fəxri fərmanı Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Ötən müddət ərzində Yunus Oğuzun “Əmir Teymur”, “Sultan Alp Arslan”, “Şah arvadı və Cadugər”, “Atabəy Eldəgiz” əsərləri özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub, hazırda yazıçının aprel hadisələri haqqında “Ovçu” əsərinin özbək dilinə çevrilməsi üzərində iş gedir.

Yazıçının kitablarının dəfələrlə Özbəkistanda – Daşkənd, Səmərqənd və Kokandda təqdimatları keçirilib.

Yunus Oğuzun “Əmir Teymur” əsəri Özbəkistanda böyük rezonans yaradıb və xalq arasında geniş yayılıb. Yazıçının əsərləri Özbəkistanda ən çox satılan nəşr kimi geniş tirajlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti