...

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq

Cəmiyyət Materials 17 İyul 2018 16:27 (UTC +04:00)
2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq.
2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq

Bakı. Trend:

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatda deyilir.

Belə ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən (69 faiz) icra edib.

Qeyd olunur ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti