...

Sağlamlıq imkanları məhdud gənclər Beynəlxalq Bakı Teatr Konfransının açılışında çıxış ediblər (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2018 15:19 (UTC +04:00)
V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb.
Sağlamlıq imkanları məhdud gənclər Beynəlxalq Bakı Teatr Konfransının açılışında çıxış ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər.

“British Council” və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə reabilitasiyasına cəlb olunmaqla, burada müxtəlif peşələrə, o cümlədən ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnirlər. Onlarin cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlər təşkil olunur, həmin gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensialları da dəstəklənir.

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərə iştirak imkanının yaradılması da bu məqsədə xidmət edir.

Cari ildə Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) 1530 nəfər gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti