...

Azərbaycan gimnastları akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medalını qazanıblar

Cəmiyyət Materials 18 Noyabr 2018 12:57 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov (28,600 bal) gümüş medal qazanıblar
Azərbaycan gimnastları akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medalını qazanıblar

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov (28,600 bal) gümüş medal qazanıblar.

Trend-in məlumatına görə, "qızıl" medalı rusiyalı gimanstlar Timofey İvanov və Maksim Karavayev (29,182 bal), "bürünc" medalı isə qazaxıstanlı idmançılar Daniel Dil və Vadim Şulyar (28,583 bal) qazanıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti