...

Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanıblar (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2018 15:55 (UTC +04:00)
Qarışıq cütlüklər tərkibində çıxış edən Azərbaycan gimnastları Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı (29,646 bal) Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanıblar
Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanıblar (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Qarışıq cütlüklər tərkibində çıxış edən Azərbaycan gimnastları Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı (29,646 bal) Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanıblar.

Trend-in məlumatına görə, "qızıl" medalları rusiyalı gimnastlar KirillStartsev və Viktoriya Aksenova (29,663 bal), "bürünc" medalları isə Belarus təmsilçiləri Artur Belyakov və Olqa Melnik (28,942 bal) qazanıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti