...

Qurumuş ağacların yerinə yeniləri əkilib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2018 17:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.
Qurumuş ağacların yerinə yeniləri əkilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 ədəd həmişəyaşıl sərv və şam ağacları əkilib. Məktəbin kollektivi ağacların əkilməsində fəal iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhər sakinlərini bu aksiyalarda fəal iştirak etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti