Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının giriş-çıxışlarından biri bağlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə veridiyi xəbərə görə, ayaqaltıların dəyişdirilməsi və digər texniki işlərin aparılması ilə bağlı "2-ci keçid" müvəqqəti olaraq bağlanıb:
“Nəzərdə tutulan təmir işləri ilə bağlı "2-ci keçid" müvəqqəti olaraq bağlanıb, buna baxmayaraq, sərnişinlər həmin yerdən 10 metr kənarda olan "1-ci keçid"dən istifadə edə bilərlər”.
Qeyd edək ki, "2-ci keçid” avtobus dayanacağına çıxmaq üçün ən çox istifadə edilən giriş-çıxışdır.