Bakı. Samir Əli - Trend:
Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı plan var: "Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması gələn ilin planlarında nəzərə alınacaq. Gələn il prospektin yenidən qurulması nəzərdə tutulub".