...

Ölkədə spirtli içkidən asılı olan insanların SAYI açıqlandı (ÖZƏL)

Cəmiyyət Materials 6 Mart 2019 21:41 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qeydiyyatda olan alkoqoliklərin (alkoqol asılılığı olan şəxslər) sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, 2011-ci ildə 19 765 nəfər, 2012-ci ildə 21 103 nəfər, 2013-cü ildə 21 584 nəfər, 2014-cü ildə 22 278 nəfər, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a, 2017-ci ildə 21 364-ə yüksəlib. Ötən il isə rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı yenidən azalaraq 20 401-ə enib.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555, 2017-ci ildə 618 nəfər, 2018-ci ildə 508 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1 (2017-ci ildə 1), 18-24 yaşlı 351 (2017-ci ildə 341, 2016-cı ildə 338, 2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 971 (2017-ci ildə 926, 2016-cı ildə 924, 2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1587 (2017-ci ildə 1553, 2016-cı ildə 1638, 2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1892 (2017-ci ildə 1850, 2016-cı ildə 1798, 2015-ci ildə 1660, 2014-cü ildə 1669) nəfər alkoqolik var.

Ötən il ərzində Azərbaycanda 40-44 yaşlı 2740 (2017-ci ildə 2686, 2016-cı ildə 2628, 2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3261 (2017-ci ildə 3224, 2016-cı ildə 3165, 2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3308 (2017-cı ildə 3399, 2016-ci ildə 3386, 2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3229 (2017-ci ildə 3383, 2016-ci ildə 3468, 2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2 133 (2017-ci ildə 2565, 2016-cı ildə 2861), 65 yaşdan yuxarı 928 (2017-ci ildə 1436, 2016-cı ildə 1713, 2014-cü ildə ümumilikdə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə ölkədə alkoqolik kimi qeydiyyata götürülənlərin 746 nəfəri qadındır. Ötən il spirtli içki asılılığı olanlardan 1556 nəfəri qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda iki halda - alkoqoliklər könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarları istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından bunun üçün özlərinin istəkli olması vacibdir.

Ölkədə alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Qeyd edək ki, dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir.

Alkoqollu içkilərin istehlakı ən çox adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti