...

Həvəskar rejissorlar özlərini təhlükəsizlik mövzusunda sınadılar (FOTO)

Cəmiyyət Materials 27 May 2019 12:00 (UTC +04:00)
Holcim Azərbaycan şirkətinin hər il keçirdiyi Qlobal Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Günləri təkcə əməkdaşları deyil, Qaradağ rayonundan olan gəncləri də əhatə edib.
Həvəskar rejissorlar özlərini təhlükəsizlik mövzusunda sınadılar (FOTO)

Bakı. Trend:

Mətbuatda qaz sızması, məişətdə diqqətsizlik nəticəsində baş verən yanğın təhlükəsi, zərərli vərdişlərlə bağlı hadisələr barəsində məlumatlara rast gəlirik. Bunların sırasında yol təlükəsizliyi və nəqliyyat qəzaları ilə bağlı xəbərlər üstünlük təşkil edir. Bu hadisələrin qarşısının alınmasında əsas çıxış yollarından biri vətəndaşların maarifləndirilməsidir.

Məhz bunu görə də Holcim Azərbaycan şirkətinin hər il keçirdiyi Qlobal Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Günləri təkcə əməkdaşları deyil, Qaradağ rayonundan olan gəncləri də əhatə edib.

Maarifləndirmə kampaniyasını daha da maraqlı etmək üçün Holcim Sahil qəsəbəsində yerləşən “Qaradağ Gənlər Evi” ilə birgə Qaradağ rayonundan olan gənclər arasında “Təhlükəsiz gələcək naminə” adlı video müsabiqə keçirib.

Müsabiqənin şərtlərinə əsasən, təqdim edilən video materiallar: təhlükəsizlik kəmərindən istifadə, məişətdə qazın təhlükəsiz istifadəsi, spirtli və narkotik maddələrin insan sağlamlığına olan ziyanı, yol təhlükəsizlik qaydaları, ictimai yerlərdə yanğın təhlükəsizliyi və yanğın qarşısının alınması mövzularını əhatə edib. Gənclər arasında təhlükəsizlik qaydalarına əməl edilməsi və eyni zamanda təhlükəsizlik mədəniyyətinin artırılması və onun gündəlik həyat tərzinə çevrilməsi əsas hədəf olaraq seçilib.

Gənclərin səbirsizliklə gözlədiyi mükafatlandırma mərasimi “Qaradağ Gənclər Evi”ndə baş tutub. Qaliblərin mükafatlandırılması tədbirində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Holcim Azərbaycan ASC-nin baş direktoru Frederic Guimbal, Azərbaycan Respublikası “İş-İnşaat” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin sədri Umud Hüseynov iştirak edib. İştirakçılar üçün əsas mükafat fondu yox özlərini həvəskar rejissor kimi sınamaq olub. Onlar bu tapşırığı layiqincə yerinə yetirdilər.

Qaliblər pul mükafatı və diplomlarla təltif olundu. Bir nəfər isə “Ən yaxşı aktyor” nominasiyası üzrə xüsusi hədiyyə ilə təltif olunub. Aşağıdakı linkdə 4 qalib olan video çarxı izləmək olar.

1-ci yer

https://www.youtube.com/watch?v=iKmfXgKBG8A

2-ci yer

https://www.youtube.com/watch?v=J7ZNnw05KKA

2-ci- yer

https://www.youtube.com/watch?v=nWLguE4MNYI

3-cü yer

https://www.youtube.com/watch?v=9fQuQaAIm3U

Sonda Holcim ASC-nin baş direktoru Frederic Guimbal qeyd etdi: “Bizim üçün insanların sağlamlığı önəmlidir və bu sahədə güzəştlərə yol verilmir. Hər bir kəs öz üzərinə düşən öhdəliyi daha yaxşı anlamalı və təhlükəsizliyə məsuliyyət daşımalıdır. Təhlükəsizlik qaydalarına əməl etmək hər birimizin öhdəliyidir”.

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti