...

Bakıdan Batumiyə təxirə salınan aviareys bərpa edilib (YENİLƏNİB)

Cəmiyyət Materials 12 İyul 2019 10:39 (UTC +04:00)
Bakıdan Batumiyə təxirə salınan aviareys bərpa edilib
Bakıdan Batumiyə təxirə salınan aviareys bərpa edilib (YENİLƏNİB)

Bakı. Trend:

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Bu barədə Trend "Buta Airways"ə istinadən xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

XXX

Təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti