...

Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir

Cəmiyyət Materials 11 Oktyabr 2019 20:06 (UTC +04:00)
Dənizə balıq ovuna gedən şəxslərə möhürlü icazəni isə Dövlət Sərhəd Xidməti verir.
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir

Bakı. Samir Əli - Trend:

Balıq ovu ilə məşğul olanlar dənizdən anlayışı olan insanlardır. Dənizə balıq ovuna gedən şəxslərə möhürlü icazəni isə Dövlət Sərhəd Xidməti verir.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, bəzi balıqçılar həmin möhürə məhəl qoymadan, kiminsə gözündən yayınaraq dənizə gedir: "Həmin balıqçılara səslənirik ki, belə hallara yol verməsinlər. Hava şəraiti uyğun olmayan, yaxud başqa vaxt möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda tutulduğu zaman cərimə edilir. Belə faktların sayı il ərzində çox olur".

E.Süleymanov həmçinin onu da qeyd edib ki, müvafiq ölçülərdən kiçik balıqları satanlar cəzalandırılır:

"Kimlərsə elə bilirlər ki, müəyyən ölçülərdən kiçik balıqları sata bilərlər. Bununla bağlı monitorinqlər aparılır, bazarlarda, yol qıraqlarında kiçik ölçülü balıq satanlar cəzalandırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti