...

Daha bir universitetdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirildi (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2019 12:45 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Daha bir universitetdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirildi (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə onlara lazım olacaq ixtisaslı işçi qüvvəsinin seçimini aparmaq imkanı yaradılıb. Gənclər işəgötürənlərə şəxsi məlumatlarını təqdim ediblər.

Tədbir zamanı 32 dövlət və özəl müəssisədən, ümumilikdə 103 boş (vakant) iş yeri və təcrübə proqramları da təklif olunub. Vakant iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

Dövlət Məşğulluq Xidmətinin əməkdaşları tərəfindən tələbə və məzunlara aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə məlumatlar veriblər.

Cari il ərzində artıq 7 ali təhsil müəssisəsində “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti