...

AzMİU-nun rektoru əlaçı tələbələrə pul mükafatı verdi (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2020 17:57 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb, fakültələr üzrə nəticələr artıq məlumdur.
AzMİU-nun rektoru əlaçı tələbələrə pul mükafatı verdi  (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb, fakültələr üzrə nəticələr artıq məlumdur.

Trend-in məlumatına görə, bütün imtahanları uğurla verib bu sınaqdan üzüağ çıxıb əlaçı olanlar, əlaçı olmaq istəsələr də, zərbəçi statusu qazananlar və təbii ki, imtahandan kəsilən tələbələrimiz də var. Sevindirici haldır ki, bu semestr 35 tələbəmiz qış imtahan sessiyasını uğurla başa vuraraq “əlaçı” adını qazanıb.

Universitetdə əlaçı tələbələrin sayı üzrə siyahıya bu semestr Memarlıq, İnşaat və Tikinti-iqtisad fakültələri liderlik liderlik edir, necə deyərlər, payız sessiyası bu fakültələr üçün çox uğurlu olub. Fakültədən aldığımız məlumata görə, bakalavr pilləsində oxuyan .... imtahanlarda uğurlu nəticə göstərərək əlaçı adını qazanıblar.

Magistraturada ..... ixtisasında oxuyan ...... fakültənin əlaçıları sırasında yer alıb. Beləliklə, fakültə əlaçılarının sayı ? çatıb. Ötən illə müqayisədə bu, çox yüksək rəqəmdir. Belə ki, ötən il Memarlıq fakültəsinin yalnız bir əlaçısı var idi.

Bu semestr birinciliyi Memarlıq fakültəsinə ötürən İnşaat fakültəsi hazırda siyahıda 2-ci yer alıb, fakültənin əlaçı tələbəsi var. Bakalavrlardan ..... başqalarından fərqlənərək fakültənin əlaçıları olublar.

Tikinti-iqtisad fakültəsi də bu semestr əlaçı tələbələri ilə fəxr edə bilər. Bu fakültə əlaçı bakalavrlarının sayına görə AzMİU-nun bütün fakültələrindən öndədir. Fakültənin bakalavr pilləsində oxuyan 4 tələbəsi .... semestr boyu və imtahan ərəfəsi çəkdikləri zəhmətin bəhrəsini dadıblar. Magistr pilləsində isə ..... ixtisası üzrə təhsil alan ..... semestr imtahanlarında yüksək nəticə nümayiş etdirərək əlaçı adına layiq görülüb.

Nəqliyyat fakültəsinin bu semestr ? əlaçı tələbəsi var. Fakültənin 3-cü kurs tələbələri Nəqliyyat tikintisi mühəndisliyi ixtisasında oxuyan .... əlaçılar siyahısındadır. Onlarla yanaşı, fakültənin 2 magistri –...... da imtahan sessiyasını uğurla başa vurublar.

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 3 əlaçı tələbəsindən .... ixtisasında oxuyan ..... bu il AzMİU-nu fərqlənmə diplomu ilə bitirənlər arasındadırlar. Onlardan başqa, ..... ixtisasında oxuyan ..... da bütün imtahanlardan “əla” qiymət alıb.

Bu semestr İnşaat texnologiya fakültəsinin də ? əlaçı tələbəsi var. Xanımların üstünlük təşkil etdiyi AzMİU əlaçıları siyahısında bu fakültəni Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasında oxuyan ...... kurs tələbəsi ....... təmsil edir. Magistratura pilləsində isə Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi ixtisası üzrə təhsil alan ....... qış semestr imtahanında uğurlu nəticə göstərib.

Mexanika və informasiya texnologiyaları fakültəsinin yalnız bakalavrları bu semestrdə yüksək nəticələr göstərib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında oxuyan .... kurs tələbəsi ..... “əlaçı” adını qazanıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu gün həm bakalavr, həm magistr səviyyəsində 2019-2020-ci tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında qeyd edib ki, əlaçı tələbələrə Fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək.

Təbriklərdən sonra Fəxri Fərman və diplomların verilməsi mərasimi başlayıb. Rektor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, fakültə dekanları və Magistratura Mərkəzinin rəhbəri əlaçı və zərbəçi tələbələri təbrik edib, mükafatlarını veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti