...

TƏBİB-in sədri: Elmi-Tədqiqat institutlarında çevik və elmə açıq olan struktur qurulmalıdır

Cəmiyyət Materials 20 Fevral 2020 17:36 (UTC +04:00)
Elmi fəaliyyətlə və müalicə ilə məşğul olan kadrların iş fəaliyyətlərinin optimallaşdırılması istiqamətində mühüm işlərin görülməsinə ehtiyac var.
TƏBİB-in sədri: Elmi-Tədqiqat institutlarında çevik və elmə açıq olan struktur qurulmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Elmi fəaliyyətlə və müalicə ilə məşğul olan kadrların iş fəaliyyətlərinin optimallaşdırılması istiqamətində mühüm işlərin görülməsinə ehtiyac var.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşündə deyib.

Qurumun yaranmasını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirən İdarə Heyətinin sədri qeyd edib ki, Elmi-Tədqiqat İnstitutları ilə iş qarşıda duran əsas prioritet məsələlərdəndir:

“İlk növbədə, müəssisələrdə innovativ, çevik və elmə açıq olan struktur qurulmalıdır. Səhiyyə müəssisələrinin idarə edilməsində optimallaşdırma işlərinin həyata keçirilməsi və hər iki istiqamətdə - müalicə və elm istiqamətlərində inkişafa nail olmaq üçün beynəlxalq təcrübədən istifadə edilməlidir".

R.Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”nin təsdiq edildiyini və tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadə, fəaliyyətlərinin optimallaşdırılması və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsinin əsas məqsəd olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti