...

Azərbaycanda uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri dezinfeksiya edilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2020 16:33 (UTC +04:00)
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata əsasən, bununla əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Prosesin 9 mart 2020-ci il tarixinədək tam yekunlaşması nəzərdə tutulub.
Azərbaycanda uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri dezinfeksiya edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək Nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və təhsil müəssisələrinin rəhbərlərinə yoluxma hallarının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti