...

Şagirdlərin summativ qiymətləndirməsi elektron qaydada aparıla biləcək

Cəmiyyət Materials 7 Mart 2020 16:22 (UTC +04:00)
Elektron dərslik portalına kiçik və böyük summativ qiymətləndirmələr üzrə nümunələrinin yerləşdirilməsi planlaşdırılır.
Şagirdlərin summativ qiymətləndirməsi elektron qaydada aparıla biləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Elektron dərslik portalına kiçik və böyük summativ qiymətləndirmələr üzrə nümunələrinin yerləşdirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun şöbə müdiri Kənan Kərimli deyib.

Onun sözlərinə görə, həmin nümunələrdən istifadə etməklə həm valideynlər övladlarının, həm də şagirdlər özlərinin hansısa dövr ərzində keçdiyi mövzular üzrə biliklərini qiymətləndirə bilərlər:

“Bu, hazırda layihə formasındadır. Hələlik bu sistem portalda aktiv deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti