...

AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO)

Cəmiyyət Materials 18 Mart 2020 17:38 (UTC +04:00)
Universitetdən Trend-ə verilən məlumata görə, martın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.
AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının onlayn iclası keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, martın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

Onlayn iclasda təşkilati, elmi-tədqiqat, tədris və təcrübə işləri ilə bağlı məsələlər, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin yenidən təşkili müzakirəyə çıxarılıb.

Elmi Şuranın bütün üzvlərinə aktiv çat sistemi vasitəsilə müzakirə olunan məsələləri görmək, eyni zamanda operativ münasibət bildirəmək imkanı yaradılıb. Şuranın üzvləri müzakirələrdə aktivlik göstərib, sual və təkliflər verib, həmçinin səsvermədə iştirak edib.

Bütün statistik məlumatlar və müzakirələrin nəticələri onlayn sistemdə avtomatik qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti