...

Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)

Cəmiyyət Materials 27 Mart 2020 17:57 (UTC +04:00)
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)

Bakı. Trend:

Xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.

Bu məqsədilə Masallı RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.
Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməkə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilir.

Görülən tədbirlər, tətbiq olunan qaydalarla bağlı olaraq xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə əhali xəbərdar edilir.

Eyni zamanda, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri Masallı Rayon Polis Şöbəsində də davam etdirilir. Belə ki, şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması və tibbi maska ilə təmin olunması həyata keçirilir. Mütəmadi olaraq xidməti avtomobillərin və inzibati binanın dezinfeksiyası aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti