...

Nazirlik: Daha 20 min işsizə birdəfəlik ödəmə köçürülüb

Cəmiyyət Materials 13 Aprel 2020 22:58 (UTC +04:00)
Nazirlik: Daha 20 min işsizə birdəfəlik ödəmə köçürülüb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan 20 min şəxs üçün də birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.

İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.

Aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti