...

Gəncədə ahıl və kimsəsizlər diqqətdə saxlanılır (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Aprel 2020 14:29 (UTC +04:00)
Gəncədə ahıl və kimsəsizlər diqqətdə saxlanılır (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhər İcra hakimiyyətinin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllü gəncləri COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edən ahıl və xüsusi qayğıya ehtiyac duyan şəxslərə baş çəkiblər.

Trend-in məlumatına görə, qeyd olunan vətəndaşlara YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “Bazarstore” mağazalar şəbəkəsində qablaşdırılan və icərisində gündəlik ərzaq məhsulları olan sovqatlar verilib.

Karantin müddəti başlayandan etibarən Milli Məclisə Gəncədən seçilən deputatları yardım aksiyasında yaxından iştirak edib, bu kimi vətəndaşları daim diqqətdə saxlayıb, ahıl və kimsəsizlərə maddi yardımla yanaşı mənəvi dayaq olurlar.

Mütəmadi olaraq həyata keçirilən aksiyanın əsas məqsədi yaş etibarı ilə karantin müddətini evdə keçirən ahıl vətəndaşlara dəstək olmaqdır. Bunun üçün YAP Gəncə şəhər təşkilatının könüllü gəncləri də xüsusi fəallıq nümayiş etdirirlər. Tənha yaşayan ahıl vətəndaşlara qida yardımı ilə yanaşı sosial xidmətlər baxımından da koməklik göstərilir.

Yardım aksiyası karantin müddəti başa çatanadək davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti