...

Koronavirus zamanı stresdən qorunmaq üçün 8 məsləhət

Cəmiyyət Materials 20 Aprel 2020 14:01 (UTC +04:00)
Onsuz da cavablarını bilmədiyiniz, üstəlik beyninizdə nə qədər "fırlansada" , cavablarını tapa bilməyəcəyiniz suallarla özünüzü stressə salmayın. Bunlar "sabah nə olacaq", "bütün bu baş verənlər işimə necə təsir göstərəcək", "vəziyyət getdikcə daha pis olarsa, nə olacaq" və s. kimi suallardır. Əgər özünüzə yazığınız gəlməsi kimi bir vərdişiniz varsa, dərhal (təcili olaraq!) bu vərdişdən qurtulun. Bu bütün virusların birləşməsindən daha çox sizin həyatınızı kölgə altına alır.
Koronavirus zamanı stresdən qorunmaq üçün 8 məsləhət

Bakı. Trend:

Holcim Azərbaycan bütün ölkələrdən toplanmış məsləhətləri paylaşır.

Bu gün elə bir insan yoxdur ki, özünə bu sualları verməsin: koronavirusdan necə qorunmalı, vərdiş etmədiyimiz bu özünütəcrid və məhdudiyyətlər şəraitində yaşamağı necə öyrənməli, itkilərdən necə qaçınmalı, sabahkı gündən necə qorxmamalı? "Necə" ilə başlayan yüz minlərlə sual var və bircə cavab belə yoxdur. Məktəblilər, müəllimlər, analar, atalar, rəhbərlər və onların tabeliyində olan şəxslər - bir sözlə, hamı özünə bu mühüm sualları verir.

Biznes nümayəndələri də özlərinə bu sualları verirlər, çünki öz kadrlarına qiymət verən ağıllı sahibkar üçün insanların sağlamlığı hər şeydən vacibdir. Məhz buna görə də Holcim şirkətində bütün onlayn görüşlər eyni tərzdə başlayır: hansı ölkədə işləməsindən asılı olmayaraq, işçilərin və onların ailə üzvlərinin sağlamlığı və vəziyyəti müzakirə edilir.

Bu, hesabatlılıq üçün deyil, qərarların qəbul edilməsi məqsədilə edilir. Müxtəlif ölkələrdə aparılmış tövsiyə və təcrübə mübadiləsi ruhdan düşməməyə və şirkət daxilində pozitiv əhval-ruhiyyəni qoruyub saxlamağa kömək edir. Belə onlayn görüşlərdən birində ÜST-ün tövsiyələri əsasında işlənib hazırlanmış 8 qayda təqdim edilmişdir. Burada heç bir sirr, qeyri adilik və ya çətinlik yoxdur. Bu qaydaların bəziləri həddindən artıq primitiv görünə bilər, məhz bu qədər sadə olmaları sayəsində onlar o qədər effektiv oldular ki, bir-birinin ardınca bütün ölkələrdə tətbiq olunmağa başladıldı.

"Biz, həqiqətən də, öz təcrübəmizi bölüşməyə hazırıq. Əgər bu məsləhətlər biznesmenlər, jurnalistlər, evdar qadınlar, məmurlar, poçtalyonlar bir sözlə kimin üçünsə faydalı olarsa, mühüm əhəmiyyət kəsb edərsə və hər kəsə karantin şəraitində gündəlik həyatını asanlaşdırmağa kömək edərsə, biz şad olardıq", - deyə İctimaiyyətlə Əlaqələr üzrə Menecer Rəna Tahirova bildirir.

1. Nə qədər qəribə səslənsə də, COVID-19 haqqında xəbərləri mümkün qədər az oxumaq və az izləmək daha yaxşı olardı. Gününüzü COVID-19 haqqında məlumat axtarmağa, qonşular və qohumlarla koronavirusun "dəhşətləri" haqqında eşitdiyiniz və oxuduqlarınız barədə mübadilə aparmağa sərf etməyin. İnanın, vəziyyəti anlamaq üçün gündə 1-2 dəfə xəbərlərə baxmaq kifayətdir.

2. Məlumatın mənbəyinə diqqətlə yanaşın. Rəsmi mənbələrə və ya ÜST-ə etibar etmək daha yaxşı olar, çünki bu gün onlar insanlara həqiqəti və real vəziyyəti çatdırmaqda heç vaxt olmadıqları kimi maraqlıdırlar. Və əksinə, "çox gizli" və ya "məxfi" qrifi altında məlumatlara etibar etməyin. Əgər bunu iki nəfər (yazıb dərc edən və siz) bilirsə, bunun harası gizlidir? Bu, sadəcə yalnış məlumatdır, deməli, ona nə vaxtınızı, nə də emosional gücünüzü sərf etməyə dəyməz. Hərçənd, "qondarma yayanlar"ın cəhdlərinə ürəkdən gülmək olar. Xüsusilə də, WhatsApp vasitəsilə dəfələrlə göndərilən ismarıclar ("rassılka") kimi təhlükəli ismarıclardan qaçının.

3. "Karantindən əvvəlki" həyatınızda ünsiyyət qurmaqdan həmişə zövq aldığınız insanlarla virtual olaraq ünsiyyətdə olun. Bu ünsiyyəti məhdudlaşdırmayın, üstəlik, bu gün texniki imkanlar buna imkan verir. Qohumlarınıza, dostlarınıza, həmkarlarınıza zəng edin. Əvvəllər bunu yalnız mühüm bayramlarda etmiş olsanız belə, yenə də zəng edin. Kiçik və əhəmiyyətsiz olsa belə, onlarla kiçik sevinclərinizi bölüşün, onlardan mesaj alanda sevinin.

4. Gündəlik ev işləri ilə məşğul olun. Eyni işlər? Bəli. Yorulmusunuz? Ola bilər. Lakin bu, insanın başını qatır, onu məşğul edir, intizamlı edir. Ümumiyyətlə, evdə səliqə-sahman - qəlbdə əhəngdarlıq, beyində əhval-ruhiyyənin olması deməkdir. Amma ev işləri ilə impulsiv və xaotik şəkildə məşğul olmaq lazım deyil. Bir neçə gün əvvəlcədən bir plan hazırlayın: pəncərələri yuyacağınız, əşyaları yerbəyer edəcəyiniz, kağızları nəzərdən keçirəcəyiniz, interyerdə nəyisə dəyişəcəyiniz, menyuya dəyişiklik edəcəyiniz zamanı müəyyənləşdirin. Sadalamaqla siyahı bitməz. Amma ən başlıcası, hər şeyi öz çiyinlərinizə götürməyin, vəzifələri ailənin bütün üzvləri arasında bölüşdürün. Axı siz heç ağlınıza belə gətirə bilməzsiniz ki, həyat yoldaşınız dünyanın ən dadlı yeməklər bişirir, oğlunuz əşyaları çeşidləməkdə ustadır, qızınızda isə toz silmək və dolabdakı qabları yenidən, orijinal şəkildə, əsl dizayner kimi düzmək yaxşı alınır. Və günün sonunda bu gözəlliyə, eksklüzivliyə və təmizliyə görə mütləq bir-birinizə təriflər yağdırın.

5. Bir çoxunuz "məsafədən" işləyirsiniz. Amma "səhər yuxudan duran kimi artıq işdəsiniz və masanın arxasından ancaq yatmağa gedəndə qalxırsınız" tərzində işləmək olmaz. "Hara tələsirəm ki. Onsuz da evdəyəm" deyib, bütün gün boyunca işləməyin. Axı bizdə hələ də 8 saatlıq iş günü qüvvədədir, siz də bu qaydaya riayət edin. Yerdə qalan vaxt üçün isə Məsləhət 4-ə bax. İşdən evə getmək üçün vaxt sərf etməyə ehtiyacın olmadığı belə bir fürsət bir də nə vaxt ələ düşəcək?! Artıq qalan bir-iki saatı ailənizə və özünüzə həsr edə bilərsiniz.

6. Unutmayın ki, siz evdə elə-belə oturmursunuz, əhəmiyyətli bir missiyanı yerinə yetirirsiniz. Siz özünüzü və yaxınlarınızı mənfi nəticələrdən qoruyursunuz. Ailənizin bütün üzvləri də bunu bilsinlər, çünki hamınız bir-birinizi qoruyursunuz və bunu xatırlatmaq vacibdir.

7. Həftəlik alış-veriş planı tutmaq lazımdır. Bir neçə gün ərzində nə bişirəcəyinizi və məhz nə alacağınızı əvvəlcədən planlaşdırın.

8. Onsuz da cavablarını bilmədiyiniz, üstəlik beyninizdə nə qədər "fırlansada" , cavablarını tapa bilməyəcəyiniz suallarla özünüzü stressə salmayın. Bunlar "sabah nə olacaq", "bütün bu baş verənlər işimə necə təsir göstərəcək", "vəziyyət getdikcə daha pis olarsa, nə olacaq" və s. kimi suallardır. Əgər özünüzə yazığınız gəlməsi kimi bir vərdişiniz varsa, dərhal (təcili olaraq!) bu vərdişdən qurtulun. Bu bütün virusların birləşməsindən daha çox sizin həyatınızı kölgə altına alır.

Nəticələr isə acınacaqlı ola bilər. Gec və ya tez bu virusa qarşı peyvənd tapılacaq, bütün viruslar kimi, koronavirus da keçib gedəcək, amma sinirlərinizi bərpa etmək artıq mümkün olmayacaq. Melanxoliyanın öhdəsindən yalnız özünüz gələ bilərsiniz.
Özünüzə yazığınız gəlməsin! Özünüzü sevməlisiniz! Və ən əsası unutmayın: hər şeyə rəğmən, həyat davam edir, və o, çətin olsa da, çox maraqlı və rəngarəngdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti